İran Aİİ ilə sərbəst ticarəti ən önəmli iqtisadi nailiyyət hesab edir – Səfir

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin may ayında İranla Avrasiya İqtisadi İttifaqı
arasında sərbəst ticarət sazişinin qüvvəyə minməsi cari ildə İranın
ən önəmli iqtisadi nailiyyəti olub.

Trend xəbər verir ki, bunu
İranın Rusiyadakı səfiri Kazem Cəlali Avrasiya İqtisadi İttifaqının
rəsmi iclasında deyib.

Regional əməkdaşlıq və iqtisadi həmrəyliyin əhəmiyyət kəsb
etdiyini qeyd edən İran səfiri bildirib ki, bugünkü dünyada davamlı
inkişaf və müştərək rifah regional və çoxtərəfli əməkdaşlıq
sayəsində mümkündür.

İran səfiri İranın regional və regiondan kənar, o cümlədən
İqtisadi Əməkdaşlıq Təşkilatı, İnkişafda olan 8 ölkənin İqtisadi
Əməkdaşlıq Təşkilatı (D8), BRICS, Asiya Əməkdaşlıq Dialoq Forumu,
Hind Okeanı ətrafı ölkələr birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı,
İranın xarici siyasətində önəmli təşkilatlar hesab olunur.




Cəlali qeyd edib ki, Aİİ İranın iqtisadi diplomatiyasında xüsusi
mövqeyə sahibdir. İran və bu ittifaq arasında sərbəst ticarət
sazişinin icra olunması, həmçinin müşahidəçi mövqeyini qazanması,
bu iqtisadi qurumda İran üçün effektiv və konstruktiv iştirakın
başlanğıcı hesab olunur.

İran səfiri əlavə edib ki, hazırkı iclas İran və Aİİ-yə üzv
ölkələrin ticarət, enerji, nəqliyyat və yeni texnologiyalar
sahələrində strateji əməkdaşlığın inkişafı üçün birgə əməkdaşlıq
üçün iradəsinin göstəricisidir. İki tərəfin iş adamları və milli
iqtisadiyyatları üçün misilsiz fürsətlər və ticarət dövriyyəsinin
artmasına imkan yaradır.

Cəlali qeyd edib ki, İran cari il ərzində Aİİ-yə üzv ölkələrin
dövlət başçılarının sammiti, baş nazirləri dövlətlərarası şurasının
iclasında iştirak edib. Bu isə İranın bu regional təşkilat
çərçivəsində iqtisadi və ticarət əməkdaşlığının möhkəmlənməsi üçün
ciddi iradəsini göstərir. Aİİ-yə üzv ölkələrin ticarət nazirlərinin
iclası 2026-cı ilin fevralında Tehranda 4-cü Avrasiya ilə Ticarət
Beynəlxalq Sərgisi keçiriləcək.

Cəlali əlavə eidb ki, İran və Aİİ arasında strateji əməkdaşlıq
üzrə uzunmüddətli perspektiv mövcuddur. Bu əməkdaşlıq milli
hakimiyyətlərin möhkəmlənməsi, ticarət və nəqliyyatın
sadələşdirilməsi, enerji təhlükəsizliyinin artırılması, yeni
texnologiyanın inkişafı, birgə bank və maliyyə infrastrukturlarının
yaradılması və sosial əlaqələrin inkişaf etdirilməsi kimi
məqsədləri özündə ehtiva edir. İran və Aİİ-yə üzv ölələr arasında
tarixi və mədəni bağlar regional həmrəylik və davamlı iqtisadi
əməkdaşlıq üçün uğurlu örnək yarada bilər.