
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106” avtomobilinin sürücüsü, Yevlax rayonunun Havarlı kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Xalid Rövşən oğlu, eləcə də onun sərnişinləri – 2003-cü il təvəllüdlü Şükürov Sahil və 2005-ci il təvəllüdlü Şükürov Sənan xəsarət alıblar.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


