Gürcüstan 2026-cı ildən QDİƏT-ə sədrlik edəcək

Baş səhifə

Bakı. Trend:

Gürcüstan 2026-cı il yanvarın 1-dən Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik edəcək.

Trend-in
məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Zonası Xarici İşlər
Nazirləri Şurasının 51-ci sessiyası zamanı bildirilib.




Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur
ki, 2026-cı il iyunun 30-dək davam edəcək altı aylıq sədrlik
dövründə əsas diqqət nəqliyyat infrastrukturu, nəqliyyat və enerji
sahələrində layihələrin həyata keçirilməsinə, həmçinin Qara dəniz
regionunda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə
yönəldiləcək.

QDİƏT Qara dəniz bölgəsi və Cənubi Balkanları əhatə edən 13
ölkəni birləşdirən regional iqtisadi təşkilatdır. Təşkilat 1992-ci
ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və baş qərargahı İstanbulda
yerləşir.