Vergi orqanlarına işə qəbul üçün test imtahanı keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti ilə birgə 2025-ci il dekabrın 21-də vergi
orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı
keçirib.

Trend xəbər verir
ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat
yayıb.

İmtahan prosesinin idarə olunması məqsədilə DİM-də operativ
qərargah fəaliyyət göstərib, imtahan keçirilən binalarla müntəzəm
əlaqə saxlanılıb və imtahanın gedişinə nəzarət edilib.




İmtahanların təşkilinə 10 ümumi imtahan rəhbəri, 28 imtahan
rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə)
cəlb olunub.

Dekabrın 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab
kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün
ərzində elan olunacağı bildirilib.