Cənubi Afrikada atışma nəticəsində 10 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında
baş verən atışma nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “AFP” agentliyi xəbər verib.




Polis bildirib ki, Yohannesburqdan 40 kilometr cənub-qərbdə
yerləşən Bekkersdalda naməlum silahlı şəxslərin atışmada 10 nəfəri
öldürdüyü, 10 nəfəri isə yaraladığı bildirilir.

Atışmanın motivi məlum deyil.