Bakı. Trend:
İtaliya polisi şənbə günü ölkəni bürüyən narkotik əleyhinə
genişmiqyaslı əməliyyat zamanı 384 nəfərin həbs olunduğunu
açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.
Məlumata əsasən, 1,4 ton narkotik maddə müsadirə edilib.
39 yetkinlik yaşına çatmayan da daxil olmaqla daha 655 nəfərə
qarşı araşdırmalar davam etdirilir.

