Bakı. Trend:
İordaniya təyyarələri ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə
Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə zərbələr
endirib.
Trend-in məlumatına görə, bu barədə İordaniya Müdafiə
Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
“İordaniya Hərbi Hava Qüvvələri cümə günü səhər saatlarında
Suriyanın cənubundakı bir neçə İŞİD mövqesinə hücum edib. Hava
hücumunda iştirak ABŞ komandanlığı ilə sıx əməkdaşlıq şəraitində
həyata keçirilib”, – deyə bildirilib.
Qeyd edilib ki, Suriyadakı keçid hökuməti noyabr ayında ABŞ-ın
rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qoşulub.
“Bu əməliyyat terrorizmə qarşı müharibənin bir hissəsidir və
ekstremistlərin ələ keçirdikləri əraziləri sığınacaq kimi istifadə
etməsinin qarşısını almağa yönəlib ki, bu da Suriyaya qonşu
dövlətlərin təhlükəsizliyinə təhdid yaradır”, – deyə əlavə
edilib.

