
Bakı. Trend:
Rezidentura imtahanlarının elektronlaşdırılması bu il tam hazır
olsa da, mürəkkəb cədvəl səbəbindən tərəddüd etdik və onları
cədvələ daxil edə bilmədik. Lakin növbəti ildən ikinci mərhələ üzrə
rezidentura imtahanlarını elektron formatda keçirməyi
planlaşdırırıq.
Bunu Trend-ə
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə
Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
“Hazırda imtahan sistemi hazırdır, lakin cədvəl və yer
məsələləri mövcuddur. Bizdə elektron imtahanlar korpusunda 750 yer
var. Buna görə də regionlarda olan mərkəzlərdə də elektron imtahan
auditoriyalarına ehtiyac var”, – o qeyd edib.


