
Bakı. Trend:
Monteneqroda Azərbaycandan olan turistlər üçün çox yaxşı
imkanlar və şərait yaratmışıq. Eyni zamanda, iki ölkə arasında
birbaşa uçuşların aparılmasını istəyirik.
Trend xəbər
verir ki,xəbər verir ki, bu sözləri Monteneqro Baş nazirinin
müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı
Ceyhun Bayramov ilə keçirilən brifinqdə deyib.
“Konsulluq sahəsində imzalanmış Anlaşma Memorandumu gələcək
əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bizim çoxtərəfli
əməkdaşlığımız uğurlu şəkildə davam edir”, – deyə nazir
bildirib.


