
ABŞ Silahlı Qüvvələri Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Əməliyyatda Amerika qırıcı təyyarələri və hərbi vertolyotları iştirak edib. Silah anbarları da daxil olmaqla, İŞİD-in onlarla obyektinə hücum edilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


