Fətullah Gülənin qardaşı oğlu həbs edildi

Baş səhifə

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən həbs olunub. O, Türkiyə Milli İstihbarat Təşkilatının və İstanbul polisinin bu gün keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Metbuat.az xəbər verir ki, Yasir Gülən silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Onun FETÖ terror təşkilatına maliyə yardımı göstərdiyi iddia olunur.

Qeyd edək ki, Yasir Gülən Fətullah Gülənin böyük qardaşı Salih Gülənin oğludur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.