Azərbaycan və BƏƏ arasında pul köçürmələrinin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan olan
fiziki şəxslərin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndərdiyi pul
köçürmələrinin həcmi 15,515 milyon ABŞ dolları təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu
göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,16 milyon ABŞ
dolları və ya 36,6% çoxdur.

Belə ki, hesabat dövründə BƏƏ-nin Azərbaycandan ölkəxaricinə
göndərilən pul köçürmələrinin ümumi həcmindəki payı 4,3% təşkil
edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində BƏƏ-dən Azərbaycana
göndərilən pul köçürmələrinin həcmi 29,835 milyon ABŞ dolları olub
ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,526 milyon
ABŞ dolları və ya 28% çoxdur.




Məlumata görə, hesabat dövründə BƏƏ-nin Azərbaycana
ölkəxaricindən gələn pul köçürmələrinin ümumi həcmindəki payı 3,5%
təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları
və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr
aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya
0,2% çoxdur.