
ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvinin də daxil olduğu sərəncamı imzalayıb.
APA xəbər verir ki, Trampın imzaladığı 901 milyard dollarlıq müdafiə büdcəsi qanununa Suriyaya qarşı sanksiyalar nəzərdə tutan “Sezar Qanunu”nun ləğvi də daxil olub.
Beləliklə, Trampın imzası ilə Suriyaya qarşı sanksiyalar rəsmi olaraq ləğv edilib.
Qeyd edək ki, 2019-cu ildə qəbul edilmiş “Sezar Qanunu” ABŞ tərəfindən sabiq Suriya prezidenti Bəşər Əsəd rejimi dövründə Suriyanın iqtisadi bərpasını məhdudlaşdırmaq üçün tətbiq edilmişdi.
Qanunun ləğvi, prezident Əhməd əş-Şaraanın rəhbərlik etdiyi yeni administrasiyanı dəstəkləmək üçün xarici investisiyaların və yardımların Suriyaya qayıtmasına yol açacaq.


