
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsi zəruriliyi barədə 10 yepiskopun bəyanatını müsbət qarşılayıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
“Bu gün (Eçmiadzində – red.) toqquşma ehtimalını istisna edirəm. Ermənistan hüquq-mühafizə orqanları bütün təhdidləri neytrallaşdırmaq üçün hər cür imkana malikdir”, – Nikol Paşinyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, kilsənin bərpa olunması və böhranın aradan qaldırılması bütün ermənilərin katolikosunun taxtdan imtinası olmadan mümkün deyil.
“Erməni Apostol Kilsəsi Krtriç Nersisyandan (II Qaregin – red.) və kilsəni ələ keçirən təriqətçilər qrupundan qorunmalıdır. Krtriç Nersisyan və onun əhatəsi kilsəni ələ keçirmiş təriqətçilərdir”, – Baş nazir vurğulayıb.
Nikol Paşinyan 10 yepiskopun hərəkətlərinə rəhbərlik etmədiyini, lakin onların bəyanatını müsbət qarşıladığını və dəstəklədiyini söyləyib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


