Hərbi Prokurorluqda əsgərin xəstəlikdən ölməsi faktı üzrə araşdırma aparılır

Baş səhifə

Bakı. Trend:

zərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov
Əli Vahab oğlunun xəstəlikdən ölüm faktı üzrə araşdırma
aparılır.

Trend xəbər verir ki, bu
barədə Hərbi Prokurorluq məlumat yayıb.




Bildirilir ki, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən
müalicə olunduğu hospitalda dekabrın 15-də vəfat etməsi faktı
əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq
istintaq hərəkətləri aparılıb. Ölümün səbəbinin müəyyən edilməsi
məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual
tədbirlər icra edilib.

Faktla bağlı hazırda araşdırma davam etdirilir.