“Məşğulluğa dəstək” layihəsi Azərbaycanda əhalinin sosial rifahını yaxşılaşdırır – Nazir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata
keçirilən “Məşğulluğa Dəstək” layihəsi Azərbaycan əhalisinin
özünüməşğulluq proqramının genişləndirilməsi və sosial rifahının
yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər
verir, bunu bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi naziri Anar Əliyev “Dayaq” mükafatının təqdimetmə
mərasimində bildirib.

“Ötən dövrdə layihə uğurla həyata keçirilib, 26 min nəfər
aktivlərlə təmin olunub. Layihənin 2026–2029-cu illəri əhatə edəcək
ikinci mərhələsi çərçivəsində isə əlavə 30 min nəfər layihə
iştirakçısına dəstək göstəriləcək.




Sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması Azərbaycan
Respublikasının əmək münasibətləri sahəsində həyata keçirdiyi
siyasətin əsas istiqamətlərindən biridir”, – deyə nazir
bildirib.

A. Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 59 konvensiyanı
və 1 protokolu ratifikasiya edərək Beynəlxalq Əmək Təşkilatının
qəbul etdiyi standartların sayına görə MDB ölkələri arasında ön
sıralarda yer alır.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59
konvensiya və bir protokolunu ratifikasiya edib və hazırda
Beynəlxalq Əmək Təşkilatının standardlarını ən çox qəbul etmiş MDB
ölkələrindən sayılır.