
Ermənitsanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qareginin yerinə namizəd tapıb.
Modern.az xəbər verir ki, Armlur.am saytının məlumatına görə, Navasard Kçoyan Katolikosluğun yeni rəhbəri vəzifəsinə hazırlanır.
Satın yazdığına görə, Baş nazir Nikol Paşinyan tərəfindən dərc edilmiş “Erməni Apostol Kilsəsinin yenilənməsi üçün Yol Xəritəsi” bir çoxları tərəfindən təkcə kilsənin islahat təklifi kimi deyil, həm də onun üzərində dövlət nəzarətinin qurulması üçün siyasi plan kimi qəbul edilir.
Paşinyanın təqdim etdiyi addımların ardıcıllığı belədir: əvvəlcə Katolikosluğun vitse-rəhbərinin seçilməsi, sonra isə bütövlüyü, maliyyə şəffaflığını, siyasətdənkənarlığı və vergi uyğunluğunu tələb edən Kilsə Qaydaları Məcəlləsinin qəbul edilməsi və nəhayət, bütün ermənilərin Katolikosu üçün yeni seçkilər.
“Siyasi dairələrdə mövcud prosedura uyğun olaraq, bütün ermənilərin Katolikosu II Qaregin vəzifəsindən kənarlaşdırılarsa, Ararat yeparxiyasının primatı Navasard Kçoyanın rahib ola biləcəyi barədə fərziyyələr mövcuddur”, – sayt yazıb.

