Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir

Baş səhifə
Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir

Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu öz işinə başlayıb.

“Report”un Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edir.

Forumun məqsədi qeyd olunan ölkələrdən yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxsləri, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə Türk Dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Üzv ölkələrdən jurnalistləri bir araya gətirən Forum təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini təşviq edəcək.

Bununla yanaşı, forumda Türk Dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 18-i başlayan forum iki gün davam edəcək.