
Almatı. Trend:
Avrasiya İnkişaf Bankının (AAİB) Özbəkistanda potensial
layihələr portfeli formalaşdırılıb.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bu barədə AAİB-in İdarə Heyətinin sədri
Nikolay Podquzov 2025-ci ilin yekunlarına həsr olunmuş Almatı
şəhərində keçirilən mətbuat konfransında bildirib.
“Biz artıq Özbəkistanda layihələrin işlənib hazırlanmasına
başlamışıq. Potensial portfel artıq formalaşdırılıb. Onu həyata
keçirəcəyik və inkişaf missiyasını yerinə yetirməyə davam
edəcəyik”, – deyə o qeyd edib.
N. Podquzov xatırladıb ki, 10 aprel 2025-ci il tarixində
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəyə bankın yeddinci
iştirakçısı olmaq imkanı verən qanunu imzalayıb:
“Özbəkistan Respublikasının özü üçün bu, nəqliyyatın,
energetikanın və kənd təsərrüfatının modernləşdirilməsi üçün yeni
impuls deməkdir. AİB-in bütün iştirakçı ölkələri üçün isə bu,
kooperasiya və ticarət imkanlarının genişlənməsi, eləcə də ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsi anlamına gəlir”.

