
Bakı.Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların
maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev
saxlanılıb.
Trend-in
məlumatına görə, o, saxta sənədlər hazırlayaraq vətəndaşların
dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan
vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ
keçirib.
Belə ki, K.Abdullayev barəsində toplanmış materiallar baxılması
üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay
müddətinə inzibati qaydada həbs olunub.
Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis
orqanlarına məlumat verə bilərlər.


