Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu 17 dekabr axşamı Misirlə
ümumi dəyəri 112 milyard şekel (34,6 milyard dollar) olan qaz
təchizatı müqaviləsinin bağlanmasını təsdiqlədiyini açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə o, İsrailin Enerji naziri Eli Koen ilə
birgə xüsusi televiziya müraciətində bildirib.
“Bu gün İsrail tarixində ən böyük qaz müqaviləsini təsdiqlədim.
Sazişin dəyəri 112 milyard şekeldir və bunun 58 milyardı (17,9
milyard dollar) birbaşa dövlət xəzinəsinə gedəcək”, – deyə o
bildirib.
Onun sözlərinə görə, müqavilə qaz infrastrukturuna irimiqyaslı
investisiyaları nəzərdə tutur və Amerikanın “Chevron” şirkəti və
İsrail tərəfdaşlarının iştirakı ilə bağlanıb.
“Təhlükəsizlik maraqlarımız və burada ətraflı danışmayacağım
digər həyati əhəmiyyətli maraqlarımız təmin edildikdən sonra bu
müqaviləni təsdiqlədim”, – deyə B.Netanyahu qeyd edib.

