
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı feldmarşal Asim Munir ABŞ Prezidenti Donald Tramplа Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün yaxın həftələrdə Vaşinqtona səfər edəcək.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu altı ay ərzindəki üçüncü görüş olacaq və ehtimal olunur ki, Qəzzada sülhməramlı qüvvələrlə bağlı məsələ müzakirə olacaq.
Xatırladaq ki, Trampın 20 bənddən ibarət Qəzza sülh planı bütün İsrail girovlarının azad edilməsini, HƏMAS-ın kapitulyasiyası, Qəzza zolağına lazımi qədər humanitar yardımın göstərilməsi, həmçinin anklavın texnokratik, siyasətdən kənar Fələstin Komitəsinin rəhbərliyi altında müvəqqəti administrasiyanın idarəçiliyinə keçməsi nəzərdə tutur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


