Bakıda Aqrar Biznes Festivallarına həsr olunan yekun tədbir keçirilir

Baş səhifə

Bakı.Trend:

Bakıda bu gün Aqrar Biznes Festivallarına həsr olunan yekun
tədbir keçirilir.

Trend xəbər
verir ki, tədbirdə 2025-ci təsərrüfat ilinə yekun vurulacaq.

Son 3 ildə keçirilmiş 90 Aqrar Biznes Festivalı, 30-dək toxum
sərgi satış yarmarkası, kredit yarmarkaları, məhsul festivalları,
aqrar sahədə dövlət dəstəyi mexanizmləri, 20-dək ali təhsil
müəssisəsinin tələbələrinin iştirakı ilə süni intellekt
layihələrinin icrasını dəstəkləyən Bootcamplarla bağlı hesabatlar
dinləniləcək, 2026-cı ilin mayında keçiriləcək Caspian Agro
Beynəlxalq Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin yeni formatı
açıqlanacaq.




Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil
naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri
Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, ASAN Xidmətin
rəhbəri Ülvi Mehdiyev, Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin rəhbəri Zaur Mikayılov, Milli Məclisin Aqrar siyasət
komitəsinin rəhbəri Tahir Rzayev, Nazirlər Kabinetinin Aqrar və
ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Naxçıvan Muxtar
Respublikasının kənd təsərrüfatı naziri Rəfail Quliyev,
Saghibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev, Biznesin İnkişafı Fondunun, Azərbaycan
Banklar Assoisasiyasının, Dövlət Məşğulluq Agentliyinin, bir sıra
bankların rəhbərləri iştirak edirlər.

Xəbər yenilənəcək