
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.
“Report”un məlumatına görə, Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 83:107 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, “Sabah” B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


