Məşhur hücumçu “Barselona”da oynamaq istəyir

Baş səhifə

“İnter” klubunun futbolçusu Lautaro Martines karyerasını İspaniyada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, futbolçu “Barselona”da oynamaq istəyir. “El Nacional” nəşrində dərc edilən xəbərə görə, argentinalı hücumçu “Barselona”ya transferini nəzərdən keçirir. Məlumata görə, Lautaro Martines özünü Robert Levandovskinin əvəzləyicisi hesab edir.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Lautaro Martinesin “İnter”lə müqaviləsi 2029-cu ildə yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.