Bakı. Trend:
Konqo Demokratik Respublikası “23 mart hərəkatı” (M23)
qruplaşmasının silahlıları tərəfindən ələ keçirilmiş Çopo
əyalətində mübarizəni davam etdirmək məqsədilə Çaddan hərbi yardım
istəyib.
Trend “RDC Times”
portalına istinadən xəbər verir ki, Konqo DR Prezidenti Feliks
Çisekedi bu məqsədlə artıq Çad rəhbərliyinə müraciət edib, lakin
indiyədək Çad hökuməti tərəfindən hər hansı addım atılmayıb.
Portalın xatırlatmasına görə, Çadın Konqo Demokratik
Respublikası ilə ümumi sərhədi yoxdur.

