Bakı.Trend:
Azərbaycan Universitetinin tələbəsi bu gün təhsil müəssisəsinin
birinci mərtəbəsinin təmir gedən ərazisində yıxılaraq xəsarət
alıb.
Hadisə ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
dekabrın 15-i saat 11:00 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən
18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kiş) yerində
ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu
ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.
Əlavə edilib ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan
pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün
evə buraxılıb.

