Dağlıq rayonlara qar yağacaq

Baş səhifə

Bakı.Trend:

Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi,
lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.




Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı
olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq
küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,
gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək
dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta
olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması
ehtimalı var.