Çex Respublikasında yeni hökumət təsdiq olunub

Baş səhifə

Çex Respublikasının prezidenti Petr Pavel yeni hökumət təyin edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, yeni Baş nazir Andrey Babişin rəhbərlik edəcəyi hökumət prezident tərəfindən təsdiq olunub.

Qeyd edək ki, milyarder Andrey Babişin başçılıq etdiyi “ANO” partiyası oktyabr ayında keçirilən parlament seçkilərində qalib gəlib və onun özü isə bir neçə gün əvvəl Çex Respublikasının prezidenti tərəfindən Baş nazir təyin olunub.