
Bakı. Trend:
Rusiya paytaxtı Moskvanın iki hava limanı – “Domodedovo” və
“Jukovski” hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti
məhdudiyyətlər tətbiq olunub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın nümayəndəsi
Artyom Korenyako “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, məhdudiyyətlər təyyarələrin uçuş
təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.
Bundan əvvəl dekabrın 14-də də Domodedovo və Jukovski
aeroportlarında uçuşlar müvəqqəti dayandırılmışdı.

