Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) 4,1 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, 9 ay ərzində Azərbaycanın xalis maliyyə aktivləri 4,5 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard ABŞ dolları artıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

