Azərbaycanda dini dünya görüşlü və bilikli din xadimlərinə böyük ehtiyac var – Gündüz İsmayılov

Baş səhifə

Bakı. Trend:

Dini dünya görüşü və bilikləri olan din xadimlərinə böyük
ehtiyacımız var.

Trend xəbər
verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr
müavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda
keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə ən çox müzakirə edilən
mövzular dini mövzulardır:




“Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər ailə, kütləvi
informasiya vasitələri, təsadüfi adamlar və yas və mərasimi aparan
mollalardır. Dinlə bağlı məlumatları əsasən bu üç mənbədən
alırıq.

Ailələrimizin hamısının dini bilikləri varmı? Dini bilikləri
olan ailələrin dini bilikləri qaneedicidirmi? KİV və təsadüfi
insanlar dini biliklər almaq üçün nə qədər etibarlıdır? Sosial
şəbəkələrdə dinlə bağlı yanlış məlumatlar yayılır.
Bu gün Azərbaycanda kifayət qədər bilikli din xadimləri var. Amma
dini ayinlər keçirən həmin şəxslərin heç də hamısı qaneedici deyil.
Dini dünya görüşü və bilikləri olan din xadimlərinə böyük
ehtiyacımız var.

Dini biliklər almaq üçün ən etibarlı mənbə tehsil və məktəb ola
bilər. Dini radikalizm, xurafat, məzhəbçilikə mübarizə,
milli-mənəvi dəyərlərin təbliğində ən potensial mənbə təhsil
müəssisələridir. Bu gün burada bu məsələləri müzakirə
edəcəyik”.