
Braun Universitetindəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs ABŞ ordusunda xidmət edib və yaxşı davranışa görə medalla təltif edilib.
“Report” xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Telekanal iddia edir ki, 24 yaşlı Bencamin Erikson 2021-ci ilin may ayından 2024-cü ilin noyabrına qədər ABŞ Ordusunda əsgər kimi xidmət edib. Daha sonra o, qüsursuz xidmətə görə medalla təltif edilib, snayper təlimi keçib.
Şübhəli həmçinin könüllü işlərdə, evsizlərə və yaşlılara kömək etməkdə və terapevtik məqsədlər üçün istifadə edilən atlara qulluq etməkdə fəal olub.
Yerli media əvvəllər şübhəlinin Braun Universitetində tələbə olmadığını bildirsə də, onun profilində payız semestrində psixologiya üzrə təhsili aldığı Viskonsin Universitetindən təhsil müəssisəsinə keçdiyi göstərilir. Xatırladaq ki, Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti ağırdır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


