Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulub

Baş səhifə
Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulub.

“Report” xəbər verir ki, turun son günündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” “Sərhədçi”ni (90:74), “Ordu” “Sumqayıt”ı (106:86), NTD isə “Şəki”ni (93:79) məğlub edib.