
Bakı. Trend:
Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı
müsabiqəsinin qalibi olub.
Trend xəbər verir
ki, müsabiqədə Azərbaycan, Albaniya, Xorvatiya, Kipr, Fransa,
Gürcüstan, İrlandiya, İtaliya, Ermənistan, Malta, Monteneqro,
Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino,
İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə Yağmur Nəsrullayeva təmsil
edib. O, “Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə
qərarlaşıb.

