
Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XV turun oyunlarına start
verilib.
Trend xəbər verir
ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Şamaxı” doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə “Sabah” səfərdə “Turan Tovuz” üzərində 3:1
hesablı qələbə qazanıb.
Bu nəticələrdən sonra turnir cədvəlində “Sabah” 31 xalla
liderliyini qoruyur. “Zirə” 27 xalla üçüncü, “Turan Tovuz” 24 xalla
beşinci, “Şamaxı” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, XV turun digər oyunları dekabrın 14–15-də
keçiriləcək.

