
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su elektrik
stansiyalarında (KES) 2,666 milyard kVt-saat elektrik enerjisi
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3
milyon kVt-saat və ya 2% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik
stansiyalarında 20,445 milyard kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da ötən ili ilk 11 ayındakı göstərici ilə müqayisədə
183,4 milyon kVt-saat və yaxud 0,9% artım deməkdir.
İstilik elektrik stansiyalarında əldə edilmiş enerjinin 172,9
milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrik
enerjisi təşkil edib. Bu isə ötən ilin yanvar-noyabr aylarındakı
göstəricyə nisbətən 9,9 milyon kVt-saat və ya 5,4% azdır.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin
yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil
edib.


