
Bakı. Trend:
Dünyanın birinci polad istehsalçısı olan Çin gələn ildən
etibarən bu məhsulun ixracını müəyyən çərçivəyə salmaq istəyir.
Trend-in
məlumatına görə, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Yanvarın 1-dən etibarən 300 adda qara metal məhsulunun ixracı üçün
sertifikat və ixrac lisenziyası tələb olunacaq.
Nazirlik bildirir ki, yeni qərar bazardakı tələb və təklif
nisbətini tarazlamağa xidmət edir.
Statistikaya görə, cari ilin 11 ayı ərzində Çin 107,8 milyon ton
polad istehsal edib. Bu da 2024-cü illə müqayisədə 6,7 faiz
çoxdur.


