Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ümumilli Lider Heydər Əliyevin mütərəqqi dövlətçilik siyasəti
Azərbaycanda əmin-amanlığın, sabit və dayanıqlı inkişafın, rifahın
bünövrəsini təşkil edir. Ulu Öndərin müdrik ideyaları əsasında
formalaşan iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı
yüksəlişini və dayanıqlı artımı təmin edir.

Trend xəbər verir ki, bu
barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünya
şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz
xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad
olunur.




İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin anım günü
ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib,
abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz
xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.