“İnter”in müdafiəçisi ili başa vurub

Baş səhifə

Bakı. Trend:

Françesko Açerbi əzələ zədəsi səbəbindən bu il bir daha
oynamayacaq.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “İnter”in müdafiəçisi Çempionlar
Liqasında “Liverpul”a qarşı keçirilmiş matçda (0:1) aldığı zədə
səbəbindən sıradan çıxıb.




37 yaşlı italyan futbolçu həmin matçın 31-ci dəqiqəsində
məcburiyyətdən əvəzlənib.

Açerbi 2025/2026 mövsümündə bütün yarışlarda 12 oyunda bir
məhsuldar ötürmə edib.