
Bakı. Trend:
Azərbaycan və ABŞ enerji sahəsində potensial əməkdaşlıq
istiqamətlərini müzakirə ediblər.
Trend xəbər
verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında
paylaşım edib.
“ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və
aparıcı enerji şirkətləri ilə enerji gündəliyimizdə yer alan
layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir
mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının
genişləndirilməsinə maraq göstərir və bu məqsədlə nümayəndə
heyətinin gələn ilin fevralında ölkəmizə səfəri planlaşdırılır”, –
paylaşımda qeyd edilib.

