Bakı. Trend:
Avropa Komissiyasının rəhbəri Fon Der Lyayen Serbiya prezidenti
Aleksandr Vuçiçin Rusiya ilə bağlı çıxışını yarımçıq qoyub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta
ilə görüş zamanı Serbiya prezidenti Aleksandr Vuçiç mikrofona
qoşulu vəziyyətdə Moskvadan mesajı olduğunu bildirib.
Xüsusilə, fotosessiya mərasimi zamanı Serbiya lideri həmin
mesajdan danışıb, lakin fon der Lyayen söhbətin mövzusunu
dəyişib.
“Yaxşı, gəlin hələlik gözləyək”, – deyə avropalı rəsmisi cavab
verib və kəskin şəkildə mövzunu Avropa Şurasının sədrinə
yönəldərək, fotoqrafların qarşısında necə dayanmağın daha yaxşı
olduğuna dair onunla müzakirəyə başlayıb.

