Azərbaycan Avrasiya regionunda ən iri investorların üçlüyünə daxildir – Avrasiya İnkişaf Bankı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Avrasiya regionunda ən böyük investorlar arasında
üçüncü yeri tutur və investisiya həcminə görə Qazaxıstandan cüzi
fərqlə geridə qalır.

Trend bu barədə
Avrasiya İnkişaf Bankının (AAİB) hesabatına istinadən xəbər
verir.

“2025-ci ilin iyul ayına olan məlumata görə, Azərbaycan
tərəfindən cəlb edilmiş birbaşa xarici investisiyaların (BXİ)
yığılmış həcmi 41 investisiya layihəsi üzrə 3,2 milyard dollar
təşkil edib. 2016-cı ildən investisiyalar 1,5 milyard dollar (+90%)
artıb ki, bu da ölkəyə Belarusu qabaqlayaraq investorlər
reytinqində dördüncü yerdən üçüncü yerə yüksəlməyə imkan verib.
Əsas investisiya sahələri telekommunikasiya (25%), nəqliyyat və
logistika (22%) və ticarət (16%) olub. Azərbaycan biznesinin əsas
investisiyaları Ukraynada (1,3 milyard dollar) və Gürcüstanda (1,2
milyard dollar) cəmləşib. Layihələrin sayına görə isə lider Rusiya
olub; burada təxminən 424 milyon dollar dəyərində 13 təşəbbüs
həyata keçirilir. Azərbaycan kapitalının digər regional
iqtisadiyyatlardakı mövcudluğu da qeyd olunub: Belarus – 5 layihə
(197 milyon dollar), Qazaxıstan – 3 layihə (43 milyon dollar),
Qırğızıstan – 1 layihə (53 milyon dollar), Özbəkistan – 2 layihə
(43 milyon dollar).




Bankın məlumatına görə, Azərbaycan Avrasiya regionunun
ölkələrindən ən çox BXİ qəbul edən ölkələrin üçlüyünə daxil
dir.

“2025-ci ilin ilk yarısının sonunda gələn BXİ həcmi 5,4 milyard
dollar təşkil edib və 2016-cı ildən 2,4 dəfə artıb. Ölkə üzrə
layihələrin kapital tutumu yüksəkdir – hər layihəyə orta hesabla
302 milyon dollar düşür, bu isə region ölkələri arasında ən yüksək
göstəricidir. Ölkədə ümumilikdə 18 layihə həyata keçirilir.
İnvestisiyaların təxminən 90%-i (4,8 milyard dollar) – Rusiya
kapitalının iştirak etdiyi “Şah Dəniz” qaz-kondensat yatağının
işlənməsi layihəsinə aiddir. Kapital mənbələrinin strukturunda isə
alınan investisiyaların demək olar ki, bütün həcmi (99%) Rusiyadan
gəlir.

2023-cü illə müqayisədə 6,8% azalma qeydə alınıb, bu, 2024-cü
ildən 2025-ci ilin ilk yarısına qədər Azərbaycandakı üç layihədən
rus şirkətlərinin çıxması ilə bağlıdır; xüsusilə, 2024-cü ilin iyun
ayında “RussNeft” şirkəti bütün neft hasilatı aktivlərini təxminən
300 milyon dollar dəyərində satıb”,-deyə hesabatda qeyd olunur.