Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə
yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik
3,5-3,75% aralığına endirib.
Trend xəbər verir
ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə
Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatda
bildirilib.
Bundan əlavə, 2025-ci ildə ABŞ-da ÜDM-in artımı proqnozu
1,6%-dən 1,7%-ə qədər artırılıb. İnflyasiya proqnozu isə 3%-dən
2,9%-ə endirilib. FED işsizlik proqnozunu 4,5% səviyyəsində
saxlayıb.
Qeyd edək ki, 29 oktyabrda FED faiz dərəcəsini illik 3,75-4%
aralığına endirmişdi.

