Almaniyada neft kəmərində ciddi qəza baş verib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Brandenburq əyalətində Rostok–Şvedt istiqamətində
neft kəmərində ciddi qəza baş verib.

Trend xəbər verir
ki, qəza nəticəsində ətrafa böyük həcmdə neft yayılıb və borudan
sızan neft 25 metr hündürlüyə çatıb.




Yüksəktəzyiqli neft fontanı nəticəsində iki işçi xəsarət alıb.
Polis hadisənin terror aktı olmasını istisna edib. Qəzanın boru
kəmərində aparılan tikinti işləri zamanı baş verdiyi ehtimal
olunur.

Hadisə yerinə yanğınsöndürmə və təhlükəsizlik qüvvələri
göndərilib, sızmanın qarşısının alınması istiqamətində tədbirlər
görülür. Hazırda qəzanın səbəbləri və dəyən ziyanın miqyası
araşdırılır.