
İtaliya təmsilçisi “Roma” İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Coşua Zirkzeni heyətinə qatmağı planlaşdırır.
“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bununla belə, niderlandlı hücumçu “qırmızı şeytanlar”ı tərk etmək niyyətində deyil.
O, Premyer Liqa komandasında əsas heyətə düşməklə bağlı çətinlik çəksə də, “Mançester Yunayted”də qalaraq yerini möhkəmləndirmək barədə düşünür.
Klub özü də futbolçunu satmaqla bağlı məsələyə müsbət yanaşmır.
Qeyd edək ki, Coşua Zirkzenin “Mançester Yunayted”lə olan müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


