Bakı. Trend:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda
dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq
qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası büdcədən maliyyələşdirilən qurumlar siyahısından
çıxarılıb.

