
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca arasındakı
münaqişənin yeni eskalasiyasından narazılığını ifadə edib və onu
həll etməyə hazır olduğunu bildirib.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp Pensilvaniyada çıxışı zamanı
deyib.
“Sabah telefon danışığı aparacam və düşünürəm ki, hər şeyi başa
düşəcəklər. Telefon danışığım olacaq və iki çox güclü ölkə –
Tayland və Kamboca arasındakı müharibəyə son qoyacam”, – deyə o,
Pnompen və Banqkok arasında münasibətlərin yenidən
gərginləşməsindən narazılığını ifadə edərək bildirib.

