
Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib.
“Report”un Qərb bürosunun məlumatına görə, 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib.
Onların orta məktəb şagirdləri olduqları və qidadan zəhərləndikləri ehtimal edilir. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


