Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlıqlarının strateji gündəliyi ilə bağlı birgə bəyannamə imzalayıblar.
“Report” bu barədə “Armenpress”ə istinadən xəbər verir.
Sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts imzalayıblar.
Qeyd edək ki, Paşinyan Berlində rəsmi səfərdədir. O, əvvəllər Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, daha sonra isə Kansler Merts ilə ikitərəfli və geniş formatlarda görüşlər keçirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

